Vizyonumuz
Yerli və xarici düşüncələrdə ənənəvi qeyri innovativ əsaslarla formalaşmış “orda yetişməz“ , “məhsuldar olmaz“ , “səmərəli olmaz” kimi fikirləri, məhdud spesifik meyvələr, verimsiz torpaq, əlverişsiz ekoloji mühit kimi anlayışları və digər məhdudlaşdırıcı düşüncə tərzini yerli və global layihələrimiz ilə dəyişdirmək və Azərbaycan brendi olaraq hər bir ailənin mətbəx üzvünə çevrilməkdir. KURFRUIT MMC-nin Yaşıl Qloballaşma mexanizminin çarxları ekoloji təmizlik, yüksək keyfiyyət , sosial məsuliyyət, ölkəmiz üçün iqtisadi səmərəlilik , sükanı dayanıqlı inkişaf , istiqaməti qlobal bazarlardır.
Missiyamız
KURFRUIT MMC insanların sağlamlığı və ətraf mühitin mühafizəsini öndə tutan , ölkənin sosial-iqtisadi inkişaf strategiyasına söykənən , dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılan, innovativ texnoloji tətbiqli fəaliyyət strategiyası ilə tam keyfiyyətli , təmiz və zəngin tərkibli, geniş çeşidli meyvə və tərəvəz məhsulları istehsal etmək , daxili bazarların regional tələb səbətinin müəyyən hissəsini formalaşdırmaq , həmçinin xarici bazarları hər fəsil tələbatına uyğun məhsullarla təmin etməklə ümummilli məhsul artımını formalaşdırmaqdadır. KURFRUIT MMC sosial öhdəliklərini öndə tutaraq qeyd olunan dəyərləri işçilərinə və müştərilərinə verdiyi dəyərlər ilə formalaşdırır. Bu səbəbdən təhlükəsiz və sağlam rəqabətli iş mühiti, korporativ ənənə və müştəri məmnunluğu əldə etdiyimiz ən üstün dəyərlərdir.