Flopria qaysı tingləri üçün isti yay və mülayim qışı olan,ən uyğun iqlimdir. Bundan əlavə, şaxtaya qarşı həssas olduğu üçün soyuq havadan qorunmalıdır. Xüsusilə yay aylarında müntəzəm olaraq suvarılmalıdır.Suvarma tezliyi bölgənin iqlimindən, torpaq quruluşundan və yağıntının miqdarından asılı olaraq dəyişə bilər.Flopria qaysı ağacı yüngül qumlu və gilli torpaqlarda yaxşı inkişaf edir.Meyvənin kalibr ölçüsü 50-60 mm,məhsuldarlığı yüksədir və 2-ci ilidən bar verməyə başlayır.Meyvəsinin çəkisi 70-80 qram olur.Bu növ öz-özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Məhsulun yığım vaxtı iyun ayının birinci həftəsi və iyun ayinin ikinci həftəsinin sonuna qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) Murobolan-dır.