İzabel

Dik və möhkəm böyüyən şaftalı tinglərindən biri olan İzabel sortunun məhsuldarlığı da yüksəkdir. Qışda mümkün soyuqlara həssas olan çeşiddir.Sarı fonda tüklü və qırmızı rəngdədir.Meyvə əti sarı, çox şirəli, toxumu ayrılan,keyfiyyətli,çox dadlı və ətirli bir növdür.Meyvəsinin çəkisi 140-190 qramdır.Meyvənin kalibr ölçüsü 70-80 mm olur.Bir şaftalı ağacı 30-50 kq meyvə verir.Erkək və dişi gözlər eyni ağac üzərində olduğu üçün özü özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyul ayının dördüncü həftəsi və avqust ayının ilk həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) GF-dır.