Grany Smith Avstraliyanın alma növüdür.Ağacları çox güclü yarı şaquli tac formasında inkişaf edir.Meyvələri iri parlaq tünd yaşıl rəngdə olur meyvə əti ağ,sulu çox xoş turş dadlı olur.Meyvəsinin çəkisi 250-350 qram olur.Meyvənin kalibr ölçüsü 70-90 mm olur,məhsuldarlığı yüksədir və 2-ci ilidən bar verməyə başlayır.Soyuducu anbarlarda 9 ay müddətində saxlanıla bilər. Tozlandırıcıları Golden Delicios,Gala qrupu alma növləridir.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Məhsulun yığım vaxtı avqust ayının ikinci həftəsi və sonuna qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) M9-dur.