Eşmə

Heyva ağır və çox kirəcli torpaqlardan başqa qalan bir çox torpaq tipində yetişdirilməyə uyğun bir meyvə növüdür. Heyva, alma və armud qədər soyuq havalara dayanıqlı olmadığı üçün, çox soyuq bölgələrdə əkini məsləhət görülmür.Ağacları orta sürətlə inkişaf edir.Meyvələri iri,orta hissəsi genişdir.Meyvə qabığı incə, sarı, meyvə əti açıq sarı ağ, şirin, az meyxoş dadlı, sulu və gözəl ətirli olur.Meyvəsinin çəkisi 300-600 qramdır.Meyvənin kalibr ölçüsü 75-110 mm olur.Bir heyva ağacı 30-50 kq meyvə verir.Erkək və dişi gözlər eyni ağac üzərində olduğu üçün özü özünü tozlandırır.Soyuducu anbarlarda 6 ay müddətində saxlanıla bilər.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı oktyabr ayının ikinci həftəsi və ayın sonuna qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) BA29-du