Alma ağır və çox kirəcli torpaqlardan başqa qalan bir çox torpaq tipində yetişdirilməyə uyğun bir meyvə növüdür.Alma bir qədər soyuq havalara dayanıqlı olduğu üçün,soyuq bölgələrdə əkini məsləhət görülür.Amma buna baxmayaraq biz bu meyvəni Ceyran Çöl sahəsində əkmişik və normal nəticələr əldə etmişik və etməyə davam edirik.Story İnored ağacıda digər meyvə ağacları kimi orta sürətlə inkişaf edir.Meyvələri iri və biraz uzunsov formada olur.Meyvə qabığı nisbətən biraz qalin, qirmizi, meyvə əti ağ, şirin, az dadlı, sulu və gözəl ətirli olur.Meyvəsinin çəkisi 150-300 qramdır.Meyvənin kalibr ölçüsü 70-90 mm olur.Məhsuldarlığı yüksədir və 2-ci ilidən bar verməyə başlayır.Soyuducu anbarlarda 9 ay müddətində saxlanıla bilər.Tozlandırıcısı Golden Delicios alma növüdür.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Bu meyvəni yığım vaxtı oktyabır üçüncü həftəsi və sonuna qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) M9-dur.