Mogador

Mogador qaysı tingləri üçün isti yay və mülayim qışı olan,ən uyğun iqlimdir. Bundan əlavə, şaxtaya qarşı həssas olduğu üçün soyuq havadan qorunmalıdır. Magador qaysı ağacları üçün uyğun bir iqlim, temperatur dəyişikliklərinin böyük olmadığı və minimum temperatur dəyərlərinin -15 dərəcəyə enmədiyi bölgələrdir. Xüsusilə yay aylarında müntəzəm olaraq suvarılmalıdır.Suvarma tezliyi bölgənin iqlimindən, torpaq quruluşundan və yağıntının miqdarından asılı olaraq dəyişə bilər.Mogador qaysı ağacı yüngül qumlu və gilli torpaqlarda yaxşı inkişaf edir.Meyvənin kalibr ölçüsü 50-60 mm,məhsuldarlığı yüksədir və 2-ci ilidən bar verməyə başlayır.Meyvəsinin çəkisi 70-80 qram olur.Soyuducu anbarlarda 1ay müddətində saxlanıla bilər. Bu növ öz-özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Məhsulun yığım vaxtı may ayının dördüncü həftəsi və iyun ayinin birinci həftəsinin sonuna qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) Murobolan-dır.