Pink Lady

Ağacları yarı dik və möhkəm böyüyən Avstraliya mənşəli çox məhsuldar sortdur.Cırtdan və yarımcırtdan köklərdə yaxşı bitir. Meyvələr orta ölçülü və uzun silindrik formadadır. Açıq sarı fonda meyvə qabığı çəhrayı rəngdədir. Məhsul yığıldıqdan bir neçə ay sonra istehlak edildikdə meyvə əla ətir əldə edir. Meyvə əti sərt olduğu üçün soyuducu anbarda saxlamaq olur, xüsusiyyətlərini itirmədən təxminən 7-8 ay soyuq hava şəraitində saxlanıla bilən çeşiddir.Meyvəsinin çəkisi 250-350 qram olur.Meyvənin kalibr ölçüsü 70-90 mm,məhsuldarlığı yüksədir və 2-ci ilidən bar verməyə başlayır. Tozlandırıcıları Golden Delicios,Gala qrupu alma növləridir.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Məhsulun yığım vaxtı oktyabır ayının dördüncü həftəsi və noyabır ayının ilk həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) M9-dur.