Mənşəyi Çexiya olan bir gilas növüdür.Kordia gilas növü həm sərtliyinə, həm də ölçüsünə görə bəzi gilas növlərindən qabaqcıldır. Meyvənin qabığı tünd qırmızı, meyvəsi isə ürək şəklindədir.Meyvə əti olduqca sərt, çəhrayı-qırmızı rəngdədir. Kordia gilas tinginin meyvələri yüksək keyfiyyətlidir.Xüsusilə Regina və Karina kimi sortlarla əkildikdə çox məhsuldar nəticələr əldə edə bilərik.Meyvəsinin çəkisi 8,5-9,5 qramdır.Meyvənin kalibr ölçüsü 25-30 mm olur.Bir gilas ağacı 20-30 kq meyvə verir.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyun ayının ikinci həftəsi və üçüncü həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) Max14 -dür.