Etruşka İtalia mənşəli armud növüdür, yarı dik və güclü böyüməyə malikdir. Geniş bir tac meydana gətirir. Etruşka erkən məhsuldarlığı yüksək olan çeşiddir.Meyvə qabığı yaşıl fonda qırmızı yanaqlara malikdir.Meyvə əti isə çox şirəli, gözəl qoxusu və əla ətri var.Armud geniş adaptasiya qabiliyyətinə görə ölkəmizin müxtəlif ekoloji bölgələrində böyümək imkanına malikdir.Armud alma ilə müqayisədə soyuğa daha davamlı və istilik tələb edəndir.Meyvəsinin çəkisi 100-150 qram olur.Meyvənin kalibr ölçüsü 50-70 mm olur,məhsuldarlığı yüksədir və 2-ci ilidən bar verməyə başlayır.Soyuducu anbarlarda 3 ay müddətində saxlanıla bilər. Tozlandırıcıları Williams ve Santa Maria armud növləridir.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Məhsulun yığım vaxtı iyun ayının dördüncü həftəsi və iyul ayinin birinci həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) BA29-dur.