Babylone

Güclü, yarı yayılmış ağac quruluşuna malikdir.Meyvəsinin forması düz formalıdır. Meyvənin qabığı tünd qırmızı, əti ağ rəngdədir, çartlamayan bir yastı şaftalı növüdür.Babylone sortunun məhsuldarlığı da yüksəkdir. Qışda mümkün soyuqlara həssas olan çeşiddir.Meyvəsinin çəkisi 120-150 qramdır.Meyvənin kalibr ölçüsü 70-80 mm olur.Bir şaftalı ağacı 30-50 kq meyvə verir.Erkək və dişi gözlər eyni ağac üzərində olduğu üçün özü özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyun ayının ilk həftəsi və ikinci həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) GF-dır.