Perfect Red

Perfect Red qaysı tingi meyvəsi oval formalı,rəngi cəlbedici və narıncı fonda parlaq qırmızıdır. Meyvə əti çox parlaq, tünd narıncı və şirəli görünüşdədir. Meyvə ölçüsünə və yüksək aromasına görə bazar dəyəri çox yüksəkdir.Suvarma tezliyi bölgənin iqlimindən, torpaq quruluşundan və yağıntının miqdarından asılı olaraq dəyişə bilər.Perfect Red qaysı ağacı yüngül qumlu və gilli torpaqlarda yaxşı inkişaf edir.Meyvənin kalibr ölçüsü 50-60 mm,məhsuldarlığı yüksədir və 2-ci ilidən bar verməyə başlayır.Meyvəsinin çəkisi 70-80 qram olur.Soyuducu anbarlarda 1ay müddətində saxlanıla bilər. Bu növ öz-özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Məhsulun yığım vaxtı iyun ayının birinci həftəsi və üçüncü həftəsinin qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) Murobolan-dır.