Nuriyev Ramiz Güləli oğlu 16 may 1983-cü ildə Özbəkistan Respublikasinin Daşkənd şəhərində anadan olmuşdur.Orta məktəbi Azərbaycan Respublikasının Şabran rayonunda bitirmişdir.2001-2003-cü illərdə hərbi xidmətdə olmuşdur.2003-2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır.2009-2013-cü illərdə Azərbaycan Memarlıq İnşaat Univerisitetində təhsil almış və 2019-2024-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin , Sənayenin təşkili və idarə olunması ixtisası üzrə bakalavr təhsili almışdır. Təhsil illərində dil və kompüter biliklərinin təkmilləşdirmiş,inşaat sektoruna aid treninq və kurslarda iştirak etmiş , sertifikatlar almışdır.Əmək fəaliyyətinə 2003-2006-cı illərdə Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyində Əməliyyatçı kimi başlamışdır.2006-cı ildən sonra əmək fəaliyyətinin inşaat sektorunda davam etdirmişdir və onunla yanaşı , 2017-ci ildən kənd təsərrüfatı sektorunda davam etdirmiş və "Kur Fruit Company" MMC-nin təsisçisi , həm də baş direktorudur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2020-ci il 30 dekabır tarixli 2403 nömrəli sərəncamına əsasən 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Ailəlidir , dörd övladı var.